mobil versiya

"Zirə"- "Kəpəz" görüşünün məkanı dəyişdirilib



Azərbaycan Premyer Liqasında "Zirə"- "Kəpəz" görüşünün məkanı dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, XXVII tur çərçivəsində keçirilən görüş Zirə İdman Kompleksinin stadionunda keçirilməyəcək. Buna səbəb qəsəbə təmsilçisinin stadionunun qazonunda əsaslı təmir işlərinin aparılmasıdır. Qərara əsasən, Rəşad Sadıqovun komandası "Kəpəz"i Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.
Qeyd edək ki, “Zirə” - “Kəpəz” matçı martın 16-da saat 16:00-da start götürəcək.

KARUSEL / İDMAN
Tarix: 6-03-2024, 17:14