mobil versiya

Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb



Əfqanıstanın şimalında partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb.
“Pajhwok” xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani hadisənin Əfqanıstanın Feyzabad şəhərində baş verdiyini deyib.
"Təəssüf ki, motosikletə yerləşdirilən bomba bu gün yerli vaxtla səhər saat 11-də Faizabad şəhərində narkotiklərlə mübarizə polisinin karvanını hədəf aldı və ilkin məlumata görə, 3 polis əməkdaşı şəhid olub, daha 5 nəfər yaralanıb", - Qani bildirib.
Məlumatda daha sonra bildirilib ki, hadisə ilə bağlı araşdırma başlayıb.(apa)

KARUSEL / DÜNYA
Tarix: 8-05-2024, 15:01