mobil versiya

Azərbaycanla Boqlarıstan arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub


Azərbaycan və Bolqarıstan arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu illər üzrə rekord göstəricilərdəndir. 
Bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib.
Bildirib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsi ilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksəcələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.
Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhvə verməkdədir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-05-2024, 14:26