mobil versiya

Kiriakos Mitsotakis Türkiyəyə gedəcək



Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək.
Bu barədə Baş nazir Mitsotakis mediaya müsahibəsində deyib. O, bildirib ki, Ankaraya səfər etməyi planlaşdırır: "Mən Rəcəb Tayyib Ərdoğanın səfərinə qarşılıq olaraq may ayında Ankarada olacağam".
"Türkiyə rəhbərliyində gərginliyi aradan qaldırmaq üçün səmimi istək var... Bizim eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı fikir ayrılığımızı nəzərdə tuturam, lakin bunu həll edə bilməsək də, sivil şəkildə razılaşa bilərik", - Mitsotakis qeyd edib.


KARUSEL / DÜNYA
Tarix: 12-03-2024, 16:07