mobil versiya

Şirvan sakinlərindən Füzulidə 10 kiloqram narkotik tutulub



Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Kamran Heydərov və Əliqismət Quliyev Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.



KARUSEL / HADİSƏ
Tarix: 18-03-2024, 09:15