mobil versiya

Ötən ay Tokioda rekord isti qeydə alınıb



Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokionun mərkəzində 28,1 dərəcə isti müşahidə olunub ki, bu da 1876-cı ildən bəri mart ayı üçün ən yüksək temperatur göstəricidir.
Bu barədə “The Japan Times” saytı xəbər verir.
Rekord istilər Tokionun cənubundakı Yokohama prefekturasında, ölkənin qərbindəki Yamanaşi prefekturasının Otsuki şəhərində, həmçinin cənub-qərbində yerləşən Miyazaki şəhərində müşahidə edilib. Bu temperatur hökumət orqanları tərəfindən “yay günü” kimi qeydə alınıb.

KARUSEL / DÜNYA
Tarix: 1-04-2024, 18:01