mobil versiya

Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir



Hazırda üç Azərbaycan vətəndaşı Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alır.

Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.
"Hazırda xəstəxanada ümumilikdə altı nəfər müalicə alır. Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir. Müalicə alan xəsarət alanalrdan üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır", - xəstəxanadan bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.(report)


KARUSEL / HADİSƏ
Tarix: Dünən, 11:08