mobil versiya

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib


Milli Hidrometeorologiya Xidməti yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
 
Reportyor.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Şabran, Siyəzən, Xızı, Altıağacda narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti  20.8-28.4 m/san təşkil edəcək.


KARUSEL / ÖLKƏ
Tarix: 22-01-2025, 15:25