mobil versiya

ÇL: Bu gün 1/4 final mərhələsinə yekun vurulacaq



Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.

Reportyor.az xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşəcək.

“Real” doğma meydanda “Arsenal”la qarşılaşacaq.
“Bayern” isə İtaliyada “İnter”in qonağı olacaq.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. Real (İspaniya) – Arsenal (İngiltərə)
İlk oyun – 0:3.
23:00. İnter (İtaliya) – Bayern (Almaniya)
İlk oyun – 2:1.

KARUSEL / İDMAN
Tarix: 16-04-2025, 10:27