Məhkumlar üçün ödənişsiz hüquqi yardım və təlimlər keçiriləcək

Cari ilin may ayından “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən" Cəzaçəkmə müəssisələrinin monitorinqi" layihəsinə start verilir.
Cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində məhkumlara professional hüquqşünaslar tərəfindən yazılı hüquqi xidmətlər və şifahi hüquqi məsləhətlər veriləcək, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılacaq. Məhkumlara həmçinin təcrübəli təlimçilər tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılacaq.

Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcəkdir..

KARUSEL / CƏMİYYƏT
Tarix: 7-05-2025, 18:02