Lavrov: "Ümid edirik ki, prezident Əl-Şara Moskvada keçiriləcək Birinci Rusiya-Ərəb Sammitində iştirak edəcək"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı Suriya prezidenti Əhməd Əl-Şaraanın gələn ilin oktyabrında Moskvada keçirilməsi planlaşdırılan birinci Rusiya-Ərəb Sammitində iştirak edəcəyinə ümid etdiyini bildirib.
Lavrovun bu sözləri Rusiyanın paytaxtında suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə görüşü zamanı deyib.
Öz növbəsində Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani Moskvadan deyib:
“Biz yeni Suriyanı təmsil edirik və Rusiya ilə düzgün münasibət qurmağa çalışırıq”.
O əlavə edib: Vahid və güclü Suriya üçün çoxlu imkanlar var və ümid edirik ki, Rusiya bu yolda bizimlə birlikdə olacaq.
Rusiya və Suriya hökuməti hazırda Moskvanın Suriyanın şimal-qərbindəki dəniz və hava bazalarının fəaliyyətini davam etdirmək ümidləri ilə bağlı danışıqlar aparır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:31