mobil versiya

Mançini Qətər klubunda





İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri məlum olub.

İtaliyalı mütəxəssis UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Napoli”yə keçəcəyi ilə bağlı yayılan şayiələrdən sonra, Qətərin “Əl-Sədd” klubu ilə rəsmi müqavilə imzalayıb.

Klubun mətbuat xidməti xəbər verir ki, 59 yaşlı çalışdırıcı illik 5 milyon avro qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq uğurlu alınarsa, bu məbləğ 8 milyon avroya qədər arta bilər.
“Əl-Sədd”in heyətində vaxtilə “Barselona”nın keçmiş futbolçusu Xavi Hernandes də çıxış edib və sonradan həmin komandada baş məşqçi kimi fəaliyyət göstərib. (komanda.az)

KARUSEL / İDMAN
Tarix: 13-11-2025, 17:52