mobil versiya

“Fənərbaxça” Mourinyoya “sərvət” ödəyəcək



Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi postuna portuqaliyalı çalışdırıcı Joze Mourinyonu gətirib.
Ötən gün “Şükrü Saraçoğlu” stadionunda 45 min azarkeşin iştirakı ilə imza mərasimi baş tutub və Mourinyo ilə 2+1 illik müqavilə bağlanılıb.
Sarı-lacıvərdlilərin başına keçən Morinyonun və köməkçilərinin bu müddət ərzində bonuslarla birlikdə 46 milyon avro alacağı bildirilir. Mourinyoya bonuslar xaric illik 10 milyon avro, köməkçilərinə isə ümumilikdə təxminən 2 milyon avro ödəniləcək.
Portuqaliyalının köməkçilərindin biri “Porto”da Çempionlar Liqasını qazandığı və “Tottenhem”də birlikdə çalışdığı Rikardo Formosinyon olacaq.(“AzPolitika.info”)

KARUSEL / İDMAN
Tarix: 3-06-2024, 12:17