mobil versiya

“Qarabağ”ın rəqibi “Real”ın sabiq futbolçusunu komandaya baş məşqçi gətirir



İspaniyalı futbol mütəxəssisi, Madridin “Real” klubunun sabiq futbolçusu Xose Miçel Qonsales “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi olan “Olimpiakos”un yeni baş məşqçisi olacaq.

59 yaşlı ispaniyalının Yunanıstan klubu ilə iki mövsümlük müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Xose Miçel Qonsales 2013-cü ilin fevralından 2015-ci ilin yanvarınadək “Olimpiakos”un baş məşqçisi olub. O, “ağ-qırmızılar”a iki dəfə Yunanıstan çempionluğunu qazandırıb.

Marca

İDMAN
Tarix: 21-09-2022, 10:55