Qaradağ Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb

Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, ötən gün Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə xəbəri ilk olaraq "Unikal.org" saytı yayıb.
***
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.
Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib. (AzPolitika.info)
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 13:26


























