Vilyam Hacıyev məhkəmədən sonra ailəsinə bu sözləri dedi
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib.
REPORTYOR.AZ “Bakupost.az”a istinadən xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib: "Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".
Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.
Ötən gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
MANŞET / SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 7-05-2020, 10:15