DTX-nın həbs etdiyi icra başçısı kimdir? - DOSYE
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Vilyam Fəhralı oğlu Hacıyev 8 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir.
REPORTYOR.AZ xəbər verir ki, o, bu vaxta qədər 2 rayona başçılıq edib.
Qeyd edək ki, Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub.
Vilyam Hacıyev 26 mart 2004-cü ildən 7 fevral 2006-cı ilə qədər Göygöl Rayon İcra Hakimiyyətinin, 7 fevral 2006-cı ildən 14 aprel 2012-ci ilə qədər Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 5-05-2020, 14:05