mobil versiya

Hafiz Hacıyev İH başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya..."



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib. 

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır:

"Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var. Mən düşünmürəm ki, onun bu qədər var-dövləti olsun. Ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır. O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var".

Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxaqın biridir:

"Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o bədbəxt və onun-bununçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özünə yaxşı gün ağladığına inanmıram".

BANNER / KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 22-12-2019, 18:00