Bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozur

Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.
Təkcə bu ilin ilk 6 ayı ərzində özlərinin törətdikləri kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb. Eyni zamanda, onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.
BDYPİ bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən olunmuş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırıb. “Unutma! Sənin səhvin başqa birinin həyatına son qoya bilər!”, - deyə bir daha xəbərdarlıq olunub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 11:39