mobil versiya

Səudiyyə Ərəbistanı Kanada və Maltanın Fələstin dövlətinin tanınması ilə bağlı bəyanatlarını alqışlayıb




Səudiyyə Ərəbistanı Kanada və Maltanın sentyabrda keçiriləcək BMT Baş Assambleyası zamanı Fələstin dövlətini tanımaq niyyətləri barədə açıqlamalarını alqışlayıb və digər ölkələri də eyni addımı atmağa çağırıb.

"Krallıq iki dövlətli həlli möhkəmləndirən və qardaş Fələstin xalqının mübarizələrinə son qoyulması zərurətinə dair beynəlxalq birliklərin razılığını vurğulayan belə müsbət qərarları yüksək qiymətləndirir".

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi X-də verdiyi bəyanatda deyilir.

Kanadanın baş naziri Mark Karni çərşənbə günü ölkəsinin sentyabrda Fələstin dövlətini tanımağı planlaşdırdığını açıqlayıb.

Eyni zamanda, çərşənbə axşamı Maltanın Baş naziri Robert Abela da oxşar bəyanatla çıxış edib.

Hadisələr Fransa prezidenti Emmauel Makronun keçən həftə Fransanın Fələstin dövlətini tanımaq üçün addım atacağını elan etməsindən sonra baş verib. Böyük Britaniya bu həftə İsrailin Qəzzada vəziyyətin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görmədiyi təqdirdə, bu addımı atmağı planlaşdırdığını bildirib.

Bu qərarlar BMT-nin bu həftə Səudiyyə Ərəbistanı və Fransanın həmsədrliyi ilə Fələstin məsələsi və İsrail-Fələstin münaqişəsinin iki dövlət həlli ilə bağlı yüksək səviyyəli konfransına ev sahibliyi etdiyi bir vaxtda qəbul edilib.

Reportyor.az





KARUSEL / DÜNYA
Tarix: 31-07-2025, 13:17