mobil versiya

Hindistan və ABŞ Yerin ətraflı xəritəsini çıxarmaq üçün kosmosa peyk buraxıb




Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və ABŞ Kosmik Agentliyi NASA çərşənbə günü Yerin dəyişən səthinin xəritəsini təfərrüatlı şəkildə göstərən NISAR peykini orbitə buraxıblar.

Bu haqda NASA məlumat yayıb.

“NISAR peyki Yerin dinamik, üçölçülü xəritəsini görünməmiş detallarla çəkəcək təkmilləşdirilmiş radar sistemi ilə təchiz edilərək Hindistanın Andra Pradeş ştatındakı Satiş Davan Kosmik Mərkəzindən orbitə çıxarılıb”, - deyə agentliyin press-relizində deyilir.

Məlumata görə, peyk quruda və buzda yerdəyişmələri santimetr səviyyəsində dəqiqliklə qeyd etməyə qadirdir.
Onun topladığı məlumatlar müxtəlif sahələrdə, o cümlədən fəlakətlərə reaksiya, infrastrukturun monitorinqi və kənd təsərrüfatında istifadə oluna bilər.(apa)









KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:06