mobil versiya

İraqda ticarət mərkəzində baş verən yanğında azı 50 nəfər ölüb








İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğında 50-yə yaxın adam ölüb və yaralanıb.

Reportyor.az xəbər verir ki, Vasit əyalətinin qubernatoru Məhəmməd əl-Miyahi rəsmi İNA xəbər agentliyinə bildirib ki, böyük ticarət mərkəzində baş verən faciəvi yanğında həlak olanların sayı 50 nəfərə çatıb, şəhid və yaralı var.

Miyahi bildirib ki, Hyper Mall-da yanğın çərşənbə günü axşam baş verib, lakin səbəb hələ müəyyən edilməyib.

Təcili yardım maşınları hələ də səhər saat 4:00-a kimi yaralıları aparır, Bağdaddan təxminən 160 kilometr (100 mil) cənub-şərqdə yerləşən Kutdakı xəstəxananın çarpayılarını doldururdu.

Ticarət mərkəzi cəmi beş gün əvvəl açılıb. İlkin məlumatlara görə, yanğın birinci mərtəbədən başlayıb.

Miyahi əyalətdə üç günlük matəm elan edib və yerli hakimiyyət orqanlarının bina və ticarət mərkəzinin sahibinə qarşı iddia qaldıracağını bildirib.

Reportyor.az


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:14