mobil versiya

Rus bölməsi üzrə I sinfə qəbul üçün sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb





Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, iyulun 17-si saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.
Qeyd edək ki, seçim prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə aparılır.

Reportyor.az





KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:29