Pakistan həbsxanalarından azad edilən 300-dən çox əfqan geri qayıdıb

300-dən çox əfqan qaçqını Pakistandakı həbsxanalardan azad edilərək vətənlərinə qaytarılıb.
Bu barədə ölkənin Qaçqınlar və Repatriasiya Nazirliyi (MoRR) məlumat yayıb.
Nazirlik açıqlamasında bildirib ki, cari həftə ərzində qonşu ölkənin müxtəlif həbsxanalarından 305 əfqan miqrant azad edilərək Əfqanıstana qaytarılıb.
Qandahar əyalətinin cənubundakı Spin Boldak keçid məntəqəsindəki Qaçqınların Köçürülməsi Departamentinə istinadən verilən açıqlamada həmin şəxslərin Pakistanın müxtəlif yerlərində saxlanıldığı və bir-iki ay həbsxanalarda yatdığı əlavə edilib.
Nazirlik qeydə alındıqdan və tərəfdaş təşkilatlardan humanitar yardım aldıqdan sonra geri qaytarılanlar doğma yerlərinə aparılıblar.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:37



























