Ayın son gününün havası

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 30-10-2025, 12:14



























