mobil versiya

İran və Azərbaycan arasında gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub





İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

Görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rol və idman sahəsində əməkdaşlığın ölkələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfə nəzərə alınaraq, görüş zamanı bu potensialdan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Görüşdə, həmçinin iki ölkənin gənclər və idman nazirlərinin qarşılıqlı səfərlərinin təşkili və idman sahəsində ikillik əməkdaşlıq proqramının hazırlanması məsələləri müzakirə olunub.

Reportyor.az


KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:40