Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qazaxıstanın ölkəmizdəki səfiri Alin Bayel ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Səfir Alin Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə, həmçinin dekabrın 2-5-də ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-12-2023, 10:43