mobil versiya

Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı açıqlanıb




Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.

Əmrə əsasən XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif olunub.

Bildirilib ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-07-2025, 14:44