mobil versiya

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa edilir



İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.

Reportyor.az







KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 14:21