Bu küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhərinin Nizami rayonunun Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd edilən müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:24