BƏƏ prezidenti sabah Rusiyaya səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan cümə axşamı Rusiyaya rəsmi səfərə başlayacaq və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Bu barədə WAM dövlət xəbər agentliyi xəbər verir.
Müzakirələrdə iqtisadi, ticarət, investisiya və enerji sektorlarında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BƏƏ və Rusiya arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:23