AFFA hakimi təhqir edən baş məşqçini 4 oyunluq cəzalandırıb

Ağdaş” klubunun futbolçusu Ülvi Sarıyev və baş məşqçi Ruslan Hüseynov Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində “Qaradağ Lökbatan”la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.
Bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
“Ağdaş”ın baş məşqçisi oyununun 45-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. “Ağdaş” komandası isə 1000 manat cərimələnib.
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Ağdaş” komandasının futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:32