mobil versiya

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları 90 yeni siyahı ilə genişləndirir




Hökumətin saytında verilən məlumatda deyilir ki, Britaniya Rusiyaya qarşı sanksiyalar rejiminə 51 yeni spesifikasiya və 39 yeni təyinat əlavə edib.

Yeni sanksiyalar Rusiyanın “kölgə donanması” adlanan 51 gəmisini, o cümlədən enerji və müdafiə sektorları üzrə fiziki və hüquqi şəxsləri hədəf alır.

Kölgə donanması 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra getdikcə daha çox Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyalarının hədəfinə çevrilir.

Rəsmilərin dediyinə görə, bu, Rusiya neftinə qarşı sanksiyalardan qaçmaq üçün istifadə edilən köhnə tankerlər şəbəkəsidir.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:40