Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
Nazirlər Finlandiyanın ATƏT-ə sədrliyi dövründə əməkdaşlığın perspektivlərini, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Nazir Bayramov həmkarına münaqişədən sonrakı regional vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.
ATƏT məkanında inkişaf edən vəziyyətə toxunulub, dialoq və sabitliyin zəruriliyi vurğulanıb.
ATƏT-in yeni reallıqlara uyğunlaşdırılması, çoxtərəfliliyin gücləndirilməsi və təşkilat çərçivəsində yaranan təhlükələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:22