mobil versiya

Narkotik tərkibli həblərin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb




Oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 16:11