mobil versiya

Qazaxıstan Türkmənistanda yataqları işlədəcək




Senat Qazaxıstan və Türkmənistan arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişi təsdiqləyib.

Bu barədə Qazaxıstan yerli mediası məlumat yayıb.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 555,7 milyon dollar təşkil edib. Qazaxıstan investorları Türkmənistana 16,1 milyon dollar sərmayə qoyub, Türkmənistandan Qazaxıstana isə 0,4 milyon dollar investisiya gəlib.

"Tərəflər dəmir yolu, avtomobil və su nəqliyyatı sahəsində birgə layihələr həyata keçirir. Türkmənistan həmçinin zirehli texnikanın təmiri və modernləşdirilməsində, eləcə də ehtiyat hissələrinin tədarükündə maraqlı olduğunu bildirib", - senator Sergey Yerşov bildirib.

Prezident Kasım-Jomart Tokayevin 2024-cü ilin payızında Aşqabada səfəri zamanı siyasət, enerji, kənd təsərrüfatı, nəqliyyat, transsərhəd əməkdaşlıq, idman, turizm, təhsil və mədəniyyət sahələrində 21 saziş imzalanıb. Onların arasında 2025-2027-ci illər üçün strateji tərəfdaşlığın inkişafı proqramı var.

Ölkələr enerjiyə xüsusi diqqət yetirirlər. Qazaxıstan Türkmənistanda qaz-kondensat yataqlarının işlənməsi layihələrində və boru kəməri infrastrukturunun inkişafında iştirak etməyi planlaşdırır.

Reportyor.az





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:40