mobil versiya

Azərbaycanlılarla ermənilərin maşınları toqquşdu: iki erməni öldü


Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında Ermənistan vətəndaşlarının daşıyan mikroavtobus Azərbaycan vətəndaşlarının olduğu minik maşını ilə toqquşub. APA -nın Gürcüstan bürosu xəbər verir ki, qəza zamanı minik maşınında olan iki Azərbaycan vətəndaşından biri yaralanıb. Qəza zamanı ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan 8-i Yeni Xəstəxanaya, 3-ü Müqəddəs Yoahim və Anna Xəstəxanasına, 2-si İnqorokva Klinikasına, 4-ü Pineoya , digər 3 nəfər isə Təcili Cərrahiyyə və Travmatologiyaya xəstəxanasına köçürülüb.
Yaralananlardan 17 nəfəri Ermənistan vətəndaşı, ikisi Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, qəza zamanı iki Ermənistan vətəndaşı ölüb.

12:01
Yerevan-Batumi istiqamətində hərəkət edən kiçik sərnişin avtobusu Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında gecə 02:00-03:00 radələrində qəzaya uğrayıb.
APA -nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat yayıb.
“İlkin məlumatlara görə, iki Ermənistan vətəndaşı ölüb. Digər sərnişinlər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdiriliblər”, - A. Naqdalyan deyib.

/APA/




KARUSEL / HADİSƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 17:05