mobil versiya

Rəcəbov Çempionlar Turunun final mərhələsinə vəsiqə qazandı



Azərbaycan şahmatçısı Teymur Rəcəbov sentyabrda ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, turnirin baş sponsoru Norveçin "Meltwater" şirkəti elan olunub. Şirkətin təsisçisi və icraçı direktoru Yorn Lüssegen belə bir yarışı səfər imkanlarından asılı olaraq, təşkil edəcəyini bildirib.

Çempionlar Turunun ilk mərhələsi 2020-ci ilin noyabrında keçirilib. Teymur Rəcəbov "Airthings Masters" adlı ikinci mərhələnin qalibi olaraq, 60 min ABŞ dollarına yiyələnib. Yarış ümumilikdə 10 mərhələdən ibarətdir. "Skilling Open" adlı ilk mərhələ norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə yekunlaşıb.





KARUSEL / İDMAN
Baxılıb: 61 Tarix: 3-01-2021, 22:40



Şərh bildir
yenilə, əgər kod görünmürsə