mobil versiya

Azərbaycanda 5 yaşlı qıza seksual hərəkətlər edən manyak tutuldu



Abşeron rayonunda 5 yaşlı qıza qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reportyor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Masazır qəsəbəsində yaşayan L.M polisə müraciət edərək qonşusu, 18 yaşlı E.Əliyevin onun 5 yaşlı qızı M-ə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə cinayət işi başlanılıb. Azyaşlıya qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən E.Əliyev tutulub, istintaq davam etdirilir.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-09-2019, 14:17