mobil versiya

Omikron ştammı necə aşkarlanır? - RƏSMİ CAVAB



Omikron ştammı necə aşkarlanır? - RƏSMİ CAVAB

COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “omicron” ştammı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.


Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib:

"Yeni ştammın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri - ürəkbulanma, qusma və s).

Dad və iybilmənin itirilməsinə daha az rast gəlinir. İndi “omicron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən, demək olar ki, mümkün deyil".
MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 14-01-2022, 16:00