mobil versiya

Mirşahin Cümşüdün müdafiəsinə qalxdı: "Guya Qarabağda döyüşən qadınları təhqir edib"- VİDEO



Həftənin çox populyar mövzusu keçmiş Millət vəkili, Qarabağa Xalq Yardımı Komitəsinin keçmiş məsul katibi, Dövlət Gömrük Komitəsi sədrinin keçmiş müavini Cümşüd Nuriyev həftənin ən popuyar fiquru oldu.

Onu linç etdilər. Dərsini pis bilən uşaq kimi, az qala otaq-otaq gəzdirib, utandırdılar. Biçarə Cümşüd Nuriyev də mağmın-mağmın üzr istəməyə başladı. Dişlərində iştah qalan kanallar, onların içində internet tv olanı da vardı, klassik televiziya olanı da, Cümşüd Nuriyevi o budaq mənim bu budaq sənin deyə gəzdirdilər.

Bəs əslində nə baş vermişdi?

Deməli Prezidentin Bakı Dövlət Universitetinin yubileyindəki çıxışından dürüst nəticə çıxaran Dövlət Televiziyası ən yaxın tarixə ekskurs etmək üçün veriliş hazırlamış, o zamanın şahidlərindən biri kimi Cümşüd Nuriyevi də efirə dəvət etmişdi. Cümşüd Nuriyev maraqlı statistika açıqlamışdı. Bu məlumatları mən, nəzərə alsaq ki, ən yaxın tariximizi pis bilmirəm, hətta mən belə, bilmirdim. Söhbət bu məlumatlardan gedir:

Deməli, bu məlumatları çatdıran şəxsin, o zaman tutduğu postun da aidliyi nəzərə alınmaqla fikirləri dərhal diqqət çəkməli, Əli Kərimli də daxil olmaqla çəkilən adlar ətrafında ciddi araşdırmalara başlamağa ən azı cəhd olmalıydı. İndi təmizlikdən, şəffaflıqdan danışan, əslində isə 25 ildən artıqdır ki, hansı pulla yaşadıqları şübhəli qaranlıq qalan bir qrupun cavab verməsi gərəkən xeyli sual yaranmışdı. Amma Dövlət Televiziyasında səslənən bu əsl sensasiya isə dərhal arxa plana keçdi. Çünki, sosial mediyanın qeyri-ciddi, səthi, naşı atmosferi Nuriyevi ciddi məlumatlar yaydığına görə cəzalandırmaq qərarına gəldi. Onun kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb oldu. Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi. Məsələn, bu yerdə gəlin hərbi operator İlham Ələkbərovun şəxsi arxivindən bizə təqdim etdiyi bu kadrlara baxaq.

Cümşüd Nuriyevin dediyi kadrlar isə bunlardır. Milli Məclisin şüşələrini döyəcləyən, müxalifətin o zamankı liderlərinin tapşırığı ilə Parlamentin binasını silkələyən, çevrilişə cəhddə fəal iştirak edən qadınların üzdə olduğu kadrlar.

Nuriyev əslində küçədə qalmış deyəndə doğrudan da o günlər Parlamentin həyətində, böyür-başında gecələri, fiziki olaraq küçədə qalmaqları nəzərdə tuturdu. Amma özü demişkən fikrini dəqiq ifadə etmədiyindən başqa sözlərdən istifadə etmişdi. Bütün hallarda, keçmiş gömrük məsulunun yanlış ifadə etdiyi fikir yox, başqa dedikləri daha vacib idi. Ona görə də yenidən həmin fikirlərə qayıdıram.

Beləliklə, danışır keçmiş Millət vəkili, Dövlət Gömrük Komitəsi sərinin sabiq müavini, başlıcası isə Qarabağı aranlı, dağlı addım-addım, kənd-kənd gəzib maddi və mənəvi yardım paylayan Qarabağa Xalq Yardımı komitəsinin məsul katibi Cümşüd Nuriyev. Gəlin indi onun nəyi dediyinə və necə dediyinə mənim bu təqdimatımdan sonra qulaq asaq.

İndi isə aydınlaşdıraq. Cümşüd Nuriyevin niyə tarix və cəmiyyət üçün kifayət qədər maraqlı, əhəmiyyətli olan bu informasiyaları yox, başqa fikri, özü də ümumi məzmundan çıxarılmaqla təhrif edilərək paylaşıldı. Kimə lazım idi cəmiyyətin fikrini əsas mətləbdən yayındırmaqla Əli Kərimlinin şübhəli keçmişini dolayısı ilə müdafiə etmək? Prezidentin dediyi ideoloji boşluqları mən şəxsən ən yeni tarixin ağ ləkələrini yavaş-yavaş qara ləkəyə çevirənlərin xidmətilə bağlayıram. Xalq, xüsusilə də gənclər, yeniyetmələr Cümşüd Nuriyevin, onun kimi mədəni, nəzakətli adamların üzr istəməyə məcbur edilməsini yox, qaragüruhun qara keçmişini görməlidir. Ona görə də Cümşüd Nuriyevi təhrif edilmiş bir mövzuda, məqsədli şəkildə erifə dəvət edən, onu cəmiyyət qarşısında ayıb olsun küncünə qoyan, janrı və formatından asılı olmayaraq, bütün televiziyaları yenidən onu efirə dəvət etməyə səsləyirəm.

REAL-da biz onu gözləyirik. Birinci gün. Unutmayaq ki, həyətdə hələ də hansısa qapıda şüuru 90-91-ildə ilişib qalanlar yaşayır və biz qaragüruh əhval-ruhiyyəsindən peyvənd olunmalıyıq. Bu həftə baş verən hadisədən bir parçaya baxın.



MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Baxılıb: 593 Tarix: 2-12-2019, 13:17


Şərh bildir
yenilə, əgər kod görünmürsə