Sabah Əbu-Dabidə i İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 9-07-2025, 12:12