mobil versiya

Beynəlxalq Bankın qadın əməkdaşını öldürən sevgilisi olub - TƏFƏRRÜAT


Dünən gecə Göygöl rayonun Üçtəpə kəndində Beynalxalq Bankın Gəncə filialının əməkdaşı Cəlilli Günay Yusif qızının həmin bankda mühafizəçi işləyən Məmmədov Orxan İlham oğlu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları bəlli olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, G.Cəlilli ilə O.Məmmədov arasında uzun illər sevgi mübasibətləri olub.

Adıçəkilən şəxs onunla ailə quracağını bildirirmiş. Lakin qadının daha öncə ailəli və iki uşaq anası olması, O.Məmmədovdan yaşca da böyük olması Orxanın ailəsi tərəfindən qəbul edilməyib. Bundan sonra qadın qarşı tərəflə münasibəti bitirmək istəyib.

Hadisədən təxminən 1 həftə qabaq tərəflər arasında gərginlik olub. O.Məmmədov G.Cəlilliyə dəfələrlə onu və özünü öldürəcəyini deyib. Lakin qadın O.Məmmədovla yenidən mübasibət qurmaq istəməyib. G.Cəlillinin uzun illər bundan öncə həyat yoldaşı öldüyündən qadın bibisinin evində qalırmış.

Hadisə günü gecə saatlarında O.Məmmədov qadının yaşadığı evə gəlib. Ona "səni və özümü öldürəcəyimi demişdim" deyərək G.Cəlillinin boğaz nahiyyəsinə iki bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə zamanı G.Cəlillinin bibisi də evdə olub. Qətli törətdikdən sonra O.Məmmədov idarə etdiyi avtomobillə qaçaraq ərazidən uzaqlaşıb.

Bildirək ki, hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

***09:24


Göygöl rayonunda qətl hadisəsi olub.

Reportyor.az "Report"a istinadla xəbər verir ki, rayonun Üçtəpə kəndində Günay adlı 30-35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Meyit ekspertizaya aparılıb.

Mərhumun Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Onu qətlə yetirən şəxs isə həmin bankda mühafizəçi kimi işləyir.

Qadının 1 qız övladı var. O, qızı və bacısı ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 8-09-2019, 11:19