mobil versiya

Ön xəttin qəhrəman əsgərləri: 500 nəfərlik işğalçı ermənini darmadağın edənlər danışır VİDEO



Bu, Azərbaycan televiziyalarının çəkdiyi videoda görünən əsgərlərimiz millətin qəhrəman övladlarıdır.

Əbəs yerə oğlan uşağı doğulanda ata-ananı muştuluqlamırlar, çünki ta qədimlərdən "oğul düşmən çəpəridir" deyirlər. "Düşmən çəpəri", yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.

Bu oğullar təkcə öz ata-analarının oğlu deyil, heç onları bu səngərə el-oba təəssübkeşliyi də gətirməyib. Bu gün onlar bütün xalqın oğullarıdır və  bu igidlər vətən, millət naminə silaha sarılıblar. Hamısı anlayır ki, arxada doğma torpaqlardır, ana-bacıların namusudur, müqəddəs bayrağımızdır və onların uğrunda sona qədər vuruşmaq lazımdır.

Bu oğullar olmasa, vətənimiz də olmaz. Necə ki, 1991-94-cü illərdə bu vətən uğrunda can qoyan, şəhid düşən, qazi olan oğullar bacardıqları qədər vətəni qorudular, özlərini FƏDA etdilər. Özünü fəda edənlərin məğlubu olmur, onlar fədakar olurlar.

Bu oğullar da həmin igidlərin həm bioloji, həm də mənəvi varisləridir. Eşq olsun bu vətən sipərlərinə. Arzumuz odur ki, onların başından bir tük əskik olmasın, müzəffət şəkildə qayıdıb gəlsinlər, paytaxtımızada, Xankəndidə keçirdikləri qələbə paradında nizami addımlarının səsindən yer-göy titrəsin.

İndi isə onları dinləyək, qürur duyaq!//musavat.com

[media=https://youtu.be/5tr8YfyxCfA]
MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER / GÜNDƏM / ÖLKƏ
Tarix: 2-10-2020, 10:39