mobil versiya

52 il əvvəl Neft Akademiyasında 1 illik hazırlıq kursunda təhsil almış Vyetnamlı tələbələrin illik toplantısı keçirilib



8 noyab - Zəfər Günü ərəfəsində Vyetnamın gözəl guşələrindən biri və 40 il əvvəl tarixi səfərin əsas ziyarət nöqtələrindən biri olmuş Hoa Binh əyalətində (Ulu Öndər səfəri zamanı o zaman bu bölgənin ən iri elektrik stansiyasının tikintisinə baxış keçirmişdir) 1971-ci ildə Neft Akademiyasında 1 illik hazırlıq kursunda təhsil almış Vyetnamlı tələbələrin illik toplantısı keçirilib.

Bu barədə toplantıda iştirak edən Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Şövqi Mehdizadə Facebookdakı şəxsi hesabında məlumat verib: "Dostlarımızla görüşən kimi hamısı ölkəmizə gözaydınlığı verərək tarixi Qələbəmizi təbrik etdirlər. Bərabər bayram süfrəsində əyləşdik. Səfərdə qardaş Qazaxıstanın səfiri də iştirak edib".

MARAQLI / KARUSEL
Tarix: 7-11-2023, 17:19