ABŞ-da Çin lideri ilə şam etmək istəyən iş adamları nə qədər pul ödəyib?
San-Fransiskoda Çin lideri Si Cinpinlə işgüzar şam yeməyinə dəvət bileti sahibkarlara 2000 dollara başa gəlib.
“Newsweek” xəbər verir ki, eyni zamanda, Çin lideri ilə bir masa arxasında oturmaq istəyənlər bunu üçün 40 min dollar ödəməli olub.
Çin sədri ilə masa arxasında “Apple”ın baş direktoru Tim Kuk, “Blackstone Group”un rəhbəri Stiven Şvarsman, “Bridgewater Associates”in təsisçisi Rey Dalio, “BlackRock”un baş direktoru Larri Fink və “Citadel Securities”in prezidenti Pen Çjao əyləşib.
Şam yeməyinin digər iştirakçıları arasında “Boeing”in baş direktoru Stenli Deal, Kolumbiya Universitetinin keçmiş dekanı Merit Yanov, “Gilead Sciences”ın baş direktoru Daniel O’Day və “Fulgent Genetic”in idarəedici direktoru Minq Se də olub.
MARAQLI / KARUSEL
Tarix: 16-11-2023, 17:55