mobil versiya

Mona Lizanın sirri TAPILDI



Dahi rəssam Leanardo Da Vinçinin şah əsəri olan Mona Lizanın 513 ildir köhnəlmədən qala bilməsinin sirri məlum olub.

''Ölkə.Az'' xəbər verir ki, aparılan yeni araşdırmaya görə rəsmlərin üzərində olan kiçik çatlar əsərləri olduğu kimi saxlamağın sirri ola bilər. Polşa elmlər akademiyasının, Strasburq universitetinin və Yale universitetinin elm adamları ilk olaraq portret üzərində olan çatları araşdırıblar.

Məlum olub ki, rəsmdə olan çatlar boyanın qopmadan genişlənməsinə və yığılmasına əngəl yaratmayaraq portretin köhnəlməsinin qarşısını alır. Mona Liza portretinin arxa hissəsi tamamilə taxtadan ibarətdir. Araşdırma aparan Lukas Bratas adlı elm adamı rəsmlər haqqında danışaraq ''Portretlər üzərində müşahidə və təcrübələrimiz göstərdiki çatlaqların olduğu rəsmlər temperaturlu və nəmli yerdə qalsalar belə köhnəlmir və çürümürlər'' açıqlamasını verib.

Mona Lisa’nın sırrı bulundu   


MARAQLI / SON XƏBƏR / KARUSEL
Baxılıb: 77 Tarix: 22-02-2020, 13:33


Şərh bildir
yenilə, əgər kod görünmürsə