mobil versiya

“Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir”



Türkiyə milli komandasının sabiq hücumçusu Nihat Kahveci UEFA Çempionlar Liqasının 7-ci turunda “Qarabağ”ın Bakıda “Ayntraxt” (Frankfurt) üzərindəki 3:2 hesablı qələbəsini şərh edib.

Kahveci, Ağdam klubu ilə yanaşı, “Qalatasaray”ın göstərdiyi nəticə barədə bunları deyib:
“Bravo, “Qarabağ”. Onları təbrik edirəm. “Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir. Belə performans alqışlara layiqdir. “Qarabağ”a uğurlar. “Qalatasaray” və “Qarabağ”ın artıq 10 xalı var. Möhtəşəm performansdır, hər iki klubumuz çox güclüdür. Əminəm ki, hər ikisi irəliləyəcək”. (Komanda.az)

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:28