mobil versiya

Qarabağ" "Linkoln"u məğlub etdi


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Cəbəllütariqdə "Linkoln"un qonağı olub.
Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.
Oyunda ilk qolu meydan sahiblərinin oyunçusu Kike Qomes vurub (25-ci dəqiqə). 58-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Redon Cica hesabı bərabərləşdirib - 1:1. Oyunun sonlarında təmsilçimizin hücumçusu Yassin Benzia "Qarabağ"ı hesabda önə keçirib - 2:1.
Qeyd edək ki, cavab oyunu iyulun 19-u Bakıda keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 11-07-2023, 21:30