mobil versiya

“O, həyatla ölüm arasındadır” – Orban Fitsoya görə narahatdır


Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun durumu ağırdır. Bu sui-qəsd xüsusilə də Fitso ilə həmfikir olan ölkə liderlərini ciddi narahat edir.
Macarıstanın yerli telekanalına açıqlama verən Baş nazir Viktor Orban Fitsonun “həyatla ölüm arasında” olduğunu deyib. O, qeyd edib ki, bu hadisə təkcə Slovakiya deyil, Macarıstan üçün də ağır itki ilə nəticələnə bilər.
Orban xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir: “Biz Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahatıq və təbii ki, onun sağalmasını və mümkün qədər tez işə qayıtmasını arzu edirik. İndi Robert Fitso həyatla ölüm arasındadır. Bu vəziyyətə siyasi nöqteyi-nəzərdən baxsanız, bu, Macarıstan üçün böyük itkidir, çünki Slovakiyanın Baş naziri sağalsa belə, bir neçə ay işləyə bilməyəcək”.
Orban hesab edir ki, qarşıdan gələn Avropa Parlamentinə seçkilər və Ukraynada davam edən münaqişə səbəbindən qarşıdakı aylar Avropanın gələcəyi üçün son dərəcə əhəmiyyətli olacaq.(“AzPolitika.info”)


KARUSEL / DÜNYA
Tarix: 17-05-2024, 12:18